Bakıda 45 yaşlı sevgilisini öldürməkdə təqsirləndirilən şəxsin məhkəmə istintaqı tamamlanıb

Bakıda 45 yaşlı sevgilisini öldürməkdə təqsirləndirilən şəxsin məhkəmə istintaqı tamamlanıb Məhkəmənin növbəti proses avqustun 4-nə təyin edilib
Hadisə
2 Avqust , 2017 16:23
Bakıda 45 yaşlı sevgilisini öldürməkdə təqsirləndirilən şəxsin məhkəmə istintaqı tamamlanıb
Report

Bakı. 2 avqust. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində 45 yaşlı sevgilisini öldürməkdə təqsirli bilinən Paşa Cəbrayılovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Report"un məlumatına görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən iclasda hadisənin şahidləri və sənədlər elan olunub.

Daha sonra məhkəmə istintaqının tamamlanması barədə qərar qəbul edilib. Çıxış etmək üçün prokurora söz verilib.

Lakin dövlət ittihamçısı çıxışa hazırlaşmaq üçün vaxt istəyib.

Məhkəmənin növbəti prosesi avqustun 4-nə təyin edilib.

İttiham aktına əsasən, qətl hadisəsi Suraxanı rayonu Hövsan qəsəbəsi, Dənizkənarı küçəsi 7/8 ünvanında qeydə alınıb. Həmin ünvanda kirayədə yaşayan Göyçay rayon sakini, 1972-ci il təvəllüdlü Zülfiyyə Rəhimova Sabirabad rayon sakini, 25 yaşlı Paşa Cəbrayılov tərəfindən qətlə yetirilib.

Məlum olub ki, 25 yaşlı oğlan bir uşaq anası olan Z.Rəhimova ilə qeyri-rəsmi yaşayıb. Z.Rəhimova bundan əvvəl ailə qurub. Daha sonra ərindən ayrılan qadın azyaşlı uşağı ilə kirayədə yaşamağa başlayıb. O, Hövsan qəsəbəsində kafelərdən birində ofisiant işləyib və qazandığı pullarla həm özünü, həm də övladını dolandırıb.

Paytaxtda tikintidə fəhləliklə məşğul olan və kirayədə yaşayan P.Cəbrayılov bir il əvvəl həmin qadınla kafedə tanış olub. Sonradan onların arasında münasibət yaranıb.

Hadisədən bir neçə gün əvvəl P.Cəbrayılov Z.Rəhimovun onunla münasibətlərinin başqa cür olmasını görüb. Gənc oğlan özündən yaşca böyük olan sevgilisinin başqa kişi ilə münasibət qurmasından şübhələnib. Bundan sonra qadın P.Cəbrayılovun anasını və nəslini söyüb. P.Cəbraylov qadına “sən yolunu açıbsan, başqa kişi ilə münasibət qurubsan” deyərək onu boğub öldürüb.

Cinayəti törədən P.Cəbrayılov Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinə gələrək könüllü təslim olub. Törətdiyi əməli etiraf edən P.Cəbrayılov cinayəti qısqanclıq zəminində törətdiyini bildirib.

O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilir.

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Paşa Cəbrayılov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

Son xəbərlər

Orphus sistemi