Bakıda 45 yaşlı qadın üçüncü mərtəbədən yerə yıxılıb

Bakıda 45 yaşlı qadın üçüncü mərtəbədən yerə yıxılıb Bakıda bədbəxt hadisə nəticəsində bir nəfər xəsarət alıb.
Hadisə
30 Sentyabr , 2019 03:10
Bakıda 45 yaşlı qadın üçüncü mərtəbədən yerə yıxılıb

Bakıda bədbəxt hadisə nəticəsində bir nəfər xəsarət alıb.

“Report”un məlumatına görə, hadisə paytaxtın Xətai rayonunun Əhmədli qəsəbəsində qeydə alınıb. Belə ki, qəsəbənin Gəncə prospektində yaşayan 1974-cü təvəllüdlü Nüşabə Nurullayevə 9 mərtəbəli binanın 3-cü mərtəbəsindən yıxılaraq ağır xəsarət alıb.

Hadisəyə ehtiyatsızlıq səbəb olub. Yerə düşən 45 yaşlı qadın dərhal xəstəxanaya çatdırılıb.

Ona bədənin müxtəlif dərəcəli sınıqları və müştərək travmaları diaqnozu qoyulub. Vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Ramin Şahbazov

Son xəbərlər

Orphus sistemi