Bakıda 44 yaşlı piyadanı avtomobil vurdu

Bakıda 44 yaşlı piyadanı avtomobil vurdu Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
21 May , 2020 22:26
Bakıda 44 yaşlı piyadanı avtomobil vurdu

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində qeydə alınıb.

Belə ki, 1976-cı il təvəllüdlü Əzimov İlham Şahgül oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub. 

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. 

Ona qapalı kəllə-beyin travması və kürək sümüyünün sınığı diaqnozu qoyulub.

Son xəbərlər

Orphus sistemi