Bakıda 44 yaşlı kişini öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Bakıda 44 yaşlı kişini öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb Məhkəmənin baxış iclası sentyabrın 12-nə təyin edilib
Hadisə
5 Sentyabr , 2017 11:50
Bakıda 44 yaşlı kişini öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Bakı. 5 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Elman Məhərrəmovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası sentyabrın 12-nə təyin edilib.

Qeyd edək ki, hadisə bu ilin may ayında "Bakı Metropoliteni"nin “28 May” stansiyasının yeni çıxışının yaxınlığında, Təbriz küçəsi 2 ünvanında baş verib. Həmin yerdə yerləşən tikilidə Lənkəran rayonunun Kərgəlan kənd sakini, 1973-cü il təvəllüdlü Müşfiq Firdovsi oğlu Əliyevin meyiti tapılıb. Onun baş nahiyəsində çoxsaylı xəsarətlər olduğu müəyyən edilib.

Araşdırmalar nəticəsində məlum olub ki, M.Əliyevi 1965-ci il təvəllüdlü Məhərrəmov Elman Əli oğlu qətlə yetirib. E.Məhərrəmov M.Əliyevin başına küt alətlə çoxsaylı zərbələr vuraraq onu öldürdükdən sonra hadisə yerindən qaçsa da, çox keçmədən tutulub.

O, Cinayət Məcəlləsinin 120.2.2-ci (qəsdən adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə) və 120.2.9-ci (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddələri ilə ittiham olunur.

Son xəbərlər

Orphus sistemi