Bakıda 44 yaşlı I qrup əlil qonşusu tərəfindən döyülüb

Bakıda 44 yaşlı I qrup əlil qonşusu tərəfindən döyülüb Ruslan Əliyev xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib
Hadisə
12 Avqust , 2017 08:45
Bakıda 44 yaşlı I qrup əlil qonşusu tərəfindən döyülüb

Bakı. 12 avqust. REPORT.AZ/ Bakıda döyülmə hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Xəzər rayonunda qeydə alınıb.

Belə ki, Buzovna qəsəbəsində 44 yaşlı I qrup əlil Ruslan Əliyev Rauf adlı qonşusu ilə mübahisə edib. Mübahisə əlbəyaxa dava ilə nəticələnib. Dava zamanı qonşusu R.Əliyevi döyərək ona xəsarət yetirib və hadisə yerindən qaçıb. 

Yaralı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsinin İkinci Polis Bölməsi tərəfindən araşdırma aparılır.  

Son xəbərlər

Orphus sistemi