Yuxarı

Bakı sakininin meyiti aşkarlanıb

Rayon prokurorluğunun əməkdaşları tərəfindən istintaq davam etdirilir

Bakı. 26 aprel. REPORT.AZ/ Sabunçu rayonunda meyit aşkar olunub. “Report”un məlumatına görə, hadisə rayonun Bakıxanov qəsəbəsində qeydə alınıb.

E.Xəlilov küçəsi ev 6-da tək yaşayan 43 yaşlı Gülüş Süleymanovun üzərində zorakılıq əlamətləri müşahidə olunmayan meyiti aşkarlanıb.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunun əməkdaşları tərəfindən istintaq davam etdirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi