Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Bəxtiyar Babayevin barəsində olan hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
"Report"un xəbərinə görə, hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, B.Babayevin apellyasiya şikayəti təmin edilməyib.
Qeyd edək ki, B.Babayev Bakı şəhər sakinləri - Valeh Əliyev, Natiq Yusubov və Rabil Nağıyevin etibarından sui-istifadə edərək onların, ümumilikdə, 400 min manatını dələduzluq yolu ilə ələ keçirib. O, həmin şəxslərə iş qurmaq adı ilə vədlər verib. Lakin sonda B.Babayev vədinə əməl etməyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilib.