Bakı. 17 dekabr. REPORT.AZ/ Bakı
"Report"un xəbərinə görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin qardaşı Məqsəd Babayev şahid qismində ifadə verib.
O, zərərçəkmiş şəxslərə vurulan ziyandan bir hissəsinin ödənildiyini bildirib. M.Babayev qardaşının əməllərindən xəbərsiz olduğunu və pulun iş qurmaq adı ilə alındığını deyib.
Daha sonra zərərçəkmiş Valeh Əliyevin nümayəndəsi vəsatət qaldırıb. O, təqsirləndirilən şəxsin əmlaklarının üzərinə həbs qoyulmasını və əmlakların dəyən zərərin ödənilməsi üçün müsadirə edilməsini istəyib.
Hakim vəsatəti təmin edib.
Məhkəmənin növbəti iclası dekabrın 18-nə təyin edilib.
Qeyd edək ki, B.Babayev Bakı şəhər sakinləri - Valeh Əliyev, Natiq Yusubov və Rabil Nağıyevin etibarından sui-istifadə edərək onların ümumilikdə 400 min manat pulunu dələduzluq yolu ilə ələ keçirib. O, həmin şəxslərə iş qurmaq adı ilə vədlər verib. Lakin sonda B.Babayev vədinə əməl etməyib.
B.Babayevin barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham irəli sürülüb.