Bakıda 400 min manatlıq dələduzluq edən şəxs məhkəmə zalında həbs olunub

Bakıda 400 min manatlıq dələduzluq edən şəxs məhkəmə zalında həbs olunub Bakı. 13 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Bəxtiyar Babayevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hadisə
13 Noyabr , 2018 12:12
Bakıda 400 min manatlıq dələduzluq edən şəxs məhkəmə zalında həbs olunub
0 : 00
0 : 00

Bakı. 13 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Bəxtiyar Babayevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra məhkəmə B.Babayevin barəsində seçilmiş polis nəzarəti qətimkan tədbirini dəyişib. O, məhkəmə zalında həbs olunub.

Qeyd edək ki, ittiham aktına əsasən, B.Babayev Valeh Əliyev, Natiq Yusubov və Rabil Nağıyevin etibarından sui-istifadə edərək onların ümumilikdə 400 min manat pulunu dələduzluq yolu ilə ələ keçirib. O, həmin şəxslərə iş qurmaq adı ilə vədlər verib. Lakin sonda B.Babayev vədinə əməl etməyib.

İstintaq dövründə onun barəsində polis nəzarəti qətimkan tədbiri seçilib. 

Son xəbərlər

Orphus sistemi