Bakıda 40 yaşlı qadın yol qəzasında yaralandı

Bakıda 40 yaşlı qadın yol qəzasında yaralandı Bakıda ağır yol qəzası baş verib.
Hadisə
17 İyun , 2021 03:51
Bakıda 40 yaşlı qadın yol qəzasında yaralandı

Bakıda ağır yol qəzası baş verib.

“Report”un məlumatına görə, hadisə paytaxtın Nizami rayonunda qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 1981-ci il təvəllüdlü Cəfərova Xəyalə Vitali qızı xəsarət alıb.

O, təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb.

Ona diz sümüyünün sınığı diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi