Bakıda 40 yaşlı kişi intihara cəhd etdi

Bakıda 40 yaşlı kişi intihara cəhd etdi Bakıda intihara cəhd hadisəsi olub.
Hadisə
3 may 2020 19:38
Bakıda 40 yaşlı kişi intihara cəhd etdi

Bakıda intihara cəhd hadisəsi olub.

“Report” xəbər verir ki, hadisə Suraxanı rayonunda qeydə alınıb.

Hövsan qəsəbəsində 1980-ci il təvəllüdlü Bəyalıyev Etibar Əlisəmid oğlu bıçaqla özünə xəsarət yetirib. O, təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı onun sol qolunda çoxsaylı kəsilmiş yaralar aşkarlanıb. Yaralı cərrahi əməliyyat olunub.

Faktla bağlı araşdırma aparılır.  

Ramin Şahbazov 

Son xəbərlər

Orphus sistemi