Bakıda 40 yaşlı kişi hücuma məruz qalıb

Bakıda 40 yaşlı kişi hücuma məruz qalıb Faktla bağlı araşdırma aparılır
Hadisə
7 Oktyabr , 2016 16:50
Bakıda 40 yaşlı kişi hücuma məruz qalıb

Bakı. 7 oktyabr. REPORT.AZ/ Bakıda 40 yaşlı kişi hücuma məruz qalıb.

"Report"un xəbərinə görə, hadisə Sabunçu rayonu Yavər Əliyev küçəsində qeydə alınıb.

Bakı şəhər sakini 1976-ci il təvəllüdlü Namiq Qəhrəmanova naməlum şəxs zor tətbiq edərək 600 manat pulu və mobil telefonunu əlindən alıb. Daha sonra naməlum şəxs ərazidən qaçıb. Hüquq-mühafizə orqanı əməkdaşları həmin şəxsin kimliyini müəyyən ediblər. Məlum olub ki, soyğunçuluq edən şəxs əvvəllər məhkum olunan Bakı şəhər sakini 26 yaşlı Arzu Əliyevdir.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları A.Əliyevin tutularaq istintaqa təhvil verilməsi istiqamətində araşdırmalara başlayıblar.

Son xəbərlər

Orphus sistemi