Bakıda 4 yaşlı uşağı avtomobil vurub

Bakıda 4 yaşlı uşağı avtomobil vurub Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
420
30 İyul , 2021 02:01
Bakıda 4 yaşlı uşağı avtomobil vurub

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb.

Belə ki, 2017-ci il təvəllüdlü Ataxanlı Ataxan Arif oğlunu yaşadığı evin qarşısında avtomobil vurub.

Yaralı xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona bədənin müştərək travması və sağ bazu sümüyünün yerdəyişən sınığı diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi