Bakıda 4 nəfərdən külli miqdarda narkotik vasitə götürülüb

Bakıda 4 nəfərdən külli miqdarda narkotik vasitə götürülüb Daxili işlər orqanlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti əməliyyat tədbirləri keçiriblər.
Hadisə
16 Oktyabr , 2019 10:00
Bakıda 4 nəfərdən külli miqdarda narkotik vasitə götürülüb

Daxili işlər orqanlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti əməliyyat tədbirləri keçiriblər.

“Report”un xəbərinə görə, əməliyyat tədbirləri nəticəsində paytaxt ərazisində 4 nəfər saxlanılıb.

Belə ki, Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 40-cı Polis Bölməsinin (PB) əməkdaşları Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü O.Nuridən 1 kq-dan artıq heroin, Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinin (PŞ) əməkdaşları 1992-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş M.Qafarovdan 538 qram heroin, Yasamal RPİ-nin 29-cu PŞ-nin əməkdaşları tərəfindən paytaxt sakini, 1972-ci il təvəllüdlü N.Məmmədbəylidən 210 qram heroin aşkar edilərək götürülüb.

Bundan başqa, Xətai RPİ-nin 35-ci PB əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində N.Abbasov saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman 918 qram heroin aşkar edilərək götürülüb.

Hər 4 faktla bağlı araşdırmalar aparılır.

Son xəbərlər

Orphus sistemi