Bakıda 4 nəfər yeniyetməyə qarşı soyğunçuluq edib

Bakıda 4 nəfər yeniyetməyə qarşı soyğunçuluq edib 16 yaşlı oğlana zor tətbiq edilib
Hadisə
11 Oktyabr , 2016 12:36
Bakıda 4 nəfər yeniyetməyə qarşı soyğunçuluq edib

Bakı. 11 oktyabr. REPORT.AZ/ Bakıda soyğunçuluq hadisəsi baş verib.

 "Report"un məlumatına görə, hadisə Nəsimi rayonunun Rəsul Rza küçəsində baş verib.

Belə ki, Bakı şəhər sakini 16 yaşlı Mübariz Zalov küçə ilə hərəkət edən zaman iki naməlum şəxs ona yaxınlaşıb. Onlar M.Zeynalova zor tətbiq edərək 48 manat pulunu alıb.

Nəsimi Rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində pulu soyğunçuluq yolu ilə mənimsəyən Bakı şəhər sakinləri Elnur Ənnağıyev, Anar Qurbanzadə, Məhəmməd Əliyev və Şirvan şəhər sakini Dəyanət Əhmədovdan ibarət qrup saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb.

Son xəbərlər

Orphus sistemi