Bakıda bir ailənin 4 üzvü mənzildə faciəvi şəkildə yanaraq ölüb

Bakıda bir ailənin 4 üzvü mənzildə faciəvi şəkildə yanaraq ölüb Hadisə paytaxtın Nizami rayonunda baş verib
Hadisə
260
29 Noyabr , 2016 08:51
Bakıda bir ailənin 4 üzvü mənzildə faciəvi şəkildə yanaraq ölüb

Bakı. 29 noyabr. REPORT.AZ/ Gecə saatlarında Bakının Nizami rayonunda yaşayış binasının ümumi sahəsi 210 m2 olan zirzəmisində 4 ailənin məskunlaşdığı otaqların yanar konstruksiyaları 97 m2 sahədə yanıb.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yanğının kəşfiyyatı zamanı 1983-cü il təvəllüdlü Babaşov Seymur Əkbər oğlu, həyat yoldaşı 1986-cı il Babaşova Cəvahir Əlövsət qızı və övladları 2005-ci il təvəllüdlü Babaşov Fərhad Seymur oğlu, 2007-ci il təvəllüdlü Babaşov Elşad Seymur oğlunun yanmış meyitləri yanğınsöndürənlər tərəfindən aşkar olunaraq, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Zirzəminin qalan hissəsi və mənzillər yanğından mühafizə olunub. Yanğın saat 03:49-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi