Bakıda 4 aylıq körpə ağır xəsarət aldı

Bakıda 4 aylıq körpə ağır xəsarət aldı Bakıda körpə ehtiyatsızlıq səbəbindən xəsarətlər alıb.
Hadisə
23 Fevral , 2020 07:35
Bakıda 4 aylıq körpə ağır xəsarət aldı

Bakıda körpə ehtiyatsızlıq səbəbindən xəsarətlər alıb.

“Report” xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb.

Bacısının qucağında olan 2019-cu il təvəllüdlü Yıldırım İbrahim Ayxan oğlu ehtiyatsızlıqdan döşəmənin üzərinə düşüb. Körpə dərhal xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin silkələnməsi diaqnozu qoyulub.

Vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib.

Ramin Şahbazov

Son xəbərlər

Orphus sistemi