Bakıda 39 yaşlı kişi yeznəsi tərəfindən bıçaqlanıb

Bakıda 39 yaşlı kişi yeznəsi tərəfindən bıçaqlanıb Telman Mustafayevin vəziyyəti ağırdır
Hadisə
18 May , 2017 08:49
Bakıda 39 yaşlı kişi yeznəsi tərəfindən bıçaqlanıb
Courtesy İmage

Bakı. 18 may. REPORT.AZ/ Bakıda 39 yaşlı kişi yeznəsi tərəfindən bıçaqlanıb.

"Report" xəbər verir ki, hadisə Qaradağ rayonunda qeydə alınıb.

Belə ki, Qızıldaş qəsəbəsində 1978-ci il təvəllüdlü Mustafayev Telman Fərman oğlu yeznəsi tərəfindən bir neçə ağır bıçaq xəsarəti alıb. T. Mustafayev xəstəxanaya yerləşdirilib.

Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsi tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi