Bakıda 39 yaşlı kişi intihar edib

Bakıda 39 yaşlı kişi intihar edib O, bir neçə gün əvvəl də qollarını kəsərək özünü öldürmək istəyib
Hadisə
29 Avqust , 2016 12:26
Bakıda 39 yaşlı kişi intihar edib

Bakı. 29 avqust. REPORT.AZ/ Bakı şəhəri, Binəqədi rayonunda intihar hadisəsi baş verib

“Report”un xəbərinə görə, hadisə Stroydetal küçəsi, ev 38-də qeydə alınıb.

Orada Bakı şəhər sakini 1977-ci il təvəllüdlü Mehman Rəhimov özünü evin həyətyanı sahəsində yerləşən köməkçi tikilidə kəndirlə asaraq intihar edib.

Meyitin hər iki qolunda kəsilmiş yaralar aşkar edilib. Müəyyən edilib ki, M.Rəhimov bir neçə gün əvvəl qollarını kəsərək özünü öldürmək istəyib.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş açılıb, istintaq davam edir. 

Son xəbərlər

Orphus sistemi