Bakıda 38 yaşlı kişini avtomobil vurdu

Bakıda 38 yaşlı kişini avtomobil vurdu Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
258
6 İyul , 2020 01:45
 Bakıda 38 yaşlı kişini avtomobil vurdu

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Minik avtomobili yolu keçən Mehdiyev Kamil Məhəmmədhüseyn oğlunu vurub. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona bədənin müştərək travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Ramin Şahbazov