Bakıda 38 yaşlı kişi bıçaqlandı

Bakıda 38 yaşlı kişi bıçaqlandı Bakıda bıçaqlanma hadisəsi baş verib.
Hadisə
9 Fevral , 2020 01:03
Bakıda 38 yaşlı kişi bıçaqlandı

Bakıda bıçaqlanma hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Maştağa qəsəbə sakini, 1982-ci il təvəllüdlü Əliyev Oqtay Əminağa oğlu mübahisə etdiyi şəxs tərəfindən bıçaq xəsarətləri alıb. Yaralı yaxınları tərəfindən xəstəxanaya çatdırılıb.

Müayinə zamanı onun qarın və bel nahiyəsində iki ədəd kəsilmiş-deşilmiş yara aşkarlanıb. Yaralı cərrahi əməliyyat edilib.

Faktla bağlı araşdırma aparılır.

Ramin Şahbazov

Son xəbərlər

Orphus sistemi