Bakıda 37 yaşlı piyadanı avtomobil vurdu

Bakıda 37 yaşlı piyadanı avtomobil vurdu Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
26 Avqust , 2020 00:35
Bakıda 37 yaşlı piyadanı avtomobil vurdu

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

"Report" xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb.

Belə ki, 1983-cü il təvəllüdlü Əliyev Ramal İman oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Ona müayinə zamanı ona sol qamış sümüyünün sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi