Bakıda avtomobil 37 yaşlı kişini vurub

Bakıda avtomobil 37 yaşlı kişini vurub Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır
Hadisə
27 Aprel , 2017 05:43
Bakıda avtomobil 37 yaşlı kişini vurub

Bakı. 27 aprel. REPORT.AZ/ Bakıda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə "Koroğlu" metrostansiyasının yaxınlığında qeydə alınıb.

Belə ki, "Toyota Land Cruiser" markalı avtomobil yolu keçən 1980-cı il təvəllüdlü Bayramov Ramil Eynulla oğlunu vurub. Nəticədə o, xəsarət alıb.

Avtomobilin sürücüsü R.Bayramovu xəstəxanaya yerləşdirib. Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi