Bakıda bıçaqlanma hadisəsi baş verib.
“Report” xəbər verir ki, hadisə Sabunçu rayonunun Sabunçu qəsəbəsində qeydə alınıb.
Belə ki, 1982-ci il təvəllüdlü İsgəndərov Asif İsgəndər oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. O, 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb.
Yaralıya qarının və döş qəfəsin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. A. İsgəndərov cərrahi əməliyyat edilib. Faktla bağlı artıq polis əməkdaşlarına məlumat verilib.
Ramin Şahbazov