Yuxarı
    Bağlamaq

    Bakıda 36 yaşlı qadın özünü idman alətindən asaraq intihar edib

    Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda cinayət işi başlanılıb

    Bakı. 5 yanvar. REPORT.AZ/ Bakıda 36 yaşlı qadın özünü idman alətindən asaraq öldürüb.

    "Report"un xəbərinə görə, hadisə Nəsimi rayonunda qeydə alınıb.

    Belə ki, Rəşid Behbudov küçəsi ev 95, mənzil 1-də yaşayan 1980-ci il təvəllüdlü Ramidə Bağırova özünü otağın divarına bərkidilmiş idman alətindən ("turnik") iplə asaraq intihar edib.

    Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda cinayət işi başlanılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi