Paytaxtda 36 yaşlı kişini avtomobil vurub

Paytaxtda 36 yaşlı kişini avtomobil vurub Bakıda piyadanın xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
110
19 Sentyabr , 2021 04:56
Paytaxtda 36 yaşlı kişini avtomobil vurub

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Səbail rayonunda qeydə alınıb.

Üzeyir Hacıbəyli küçəsində yolu keçən 1985-ci il təvəllüdlü Həşimov Mircəlal Zahid oğlunu avtomobil vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ bud sümüyünün yerdəyişən qəlpəli sınıqları diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Son xəbərlər

Orphus sistemi