Bakıda 34 yaşlı qadın intihara cəhd edib

Bakıda 34 yaşlı qadın intihara cəhd edib Hadisə Xəzər rayonunda qeydə alınıb
Hadisə
14 Noyabr , 2016 13:57
Bakıda 34 yaşlı qadın intihara cəhd edib

Bakı. 14 noyabr. REPORT.AZ/ Bakının Xəzər rayonunda 34 yaşlı qadın intihar etmək məqsədi ilə çoxlu miqdarda həb qəbul edib.

"Report"un xəbərinə görə, hadisə Mərdəkan qəsəbəsi "Əncirlik" adlanan bağ massivində baş verib.

Belə ki, Y.H. yaşadığı evdə özünü öldürmək məqsədi ilə bir neçə ədəd dərman həbi qəbul edib. O, bundan sonra zəhərlənib.

Yaxınlarının köməyi ilə qadın 1 saylı Şəhər Klinik Xəstəxanasının Toksikologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi