Bakıda 34 yaşlı kişiyə 4 bıçaq zərbəsi vurulub

Bakıda 34 yaşlı kişiyə 4 bıçaq zərbəsi vurulub Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır
Hadisə
15 Mart , 2017 11:28
Bakıda 34 yaşlı kişiyə 4 bıçaq zərbəsi vurulub

Bakı. 15 mart. REPORT.AZ/ Bakıda 34 yaşlı kişiyə 4 bıçaq zərbəsi vurulub.

"Report"un xəbərinə görə, hadisə Nizami rayonunda baş verib. 

Belə ki, 8-ci kilometr qəsəbəsində naməlum şəxs 1983-cü il təvəllüdlü Məmmədov Namiq İsrafil oğluna 4 bıçaq zərbəsi vurub. N.Məmmədov ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirir. 

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi