Bakıda 34 yaşlı kişi kürəyindən bıçaqlandı

Bakıda 34 yaşlı kişi kürəyindən bıçaqlandı Bakıda bıçaqlanma hadisəsi baş verib
Hadisə
242
4 Aprel , 2021 00:16
Bakıda 34 yaşlı kişi kürəyindən bıçaqlandı

Bakıda bıçaqlanma hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Biləcəri qəsəbəsində mübahisə zəminində bıçaqlanan 1987-ci il təvəllüdlü Zülfüqarov Elməddin Həsən oğlu xalası oğlunun köməkliyi ilə 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Müayinə zamanı onun kürək nahiyəsində iki ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb. Yaralı əməliyyat olunur.

Hadisənin təfərrüatı araşdırılır.

Son xəbərlər

Orphus sistemi