Bakıda 33 yaşlı kişinin bıçaqlanması ilə bağlı cinayət işi başlanılıb

Bakıda 33 yaşlı kişinin bıçaqlanması ilə bağlı cinayət işi başlanılıb
Hadisə
25 Dekabr , 2019 10:13
Bakıda 33 yaşlı kişinin bıçaqlanması ilə bağlı cinayət işi başlanılıb

Bakıda 33 yaşlı kişinin bıçaqlanması ilə bağlı cinayət işi başlanılıb.

"Report"un xəbərinə görə, hadisə dekabrın 24-də paytaxtın Nərimanov rayon ərazisində qeydə alınıb.

Belə ki, 1986-cı il təvəllüdlü Rüstəm Quliyev qarın nahiyyəsinin kəsilmiş-deşilmiş yarası ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Araşdırma zamanı məlum olub ki, hadisə Əliyev Müşfiq Bəxtiyar oğlu tərəfindən törədilib.

Faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.