Bakıda 33 yaşlı kişi bıçaqlanıb

Bakıda 33 yaşlı kişi bıçaqlanıb Faktla bağlı araşdırmalar davam etdirilir
Hadisə
30 Sentyabr , 2016 11:51
Bakıda 33 yaşlı kişi bıçaqlanıb

*** ilk xəbər saat 11:25-də yayımlanıb

Bakı. 30 sentyabr. REPORT.AZ/ Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.

“Report” xəbər verir ki, 1983-cü il təvəllüdlü Ceyhun Yarmətov yaşadığı General Mehmandarov küçəsi, ev 68 ünvanından çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlərlə 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb.

Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumata görə, Xətai Rayon Polis İdarəsinin (RPİ) 35-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Ceyhun Yarmətova bıçaqla xəsarət yetirməklə sağlamlığına ağır zərər vurmaqda şübhəli bilinən həmyerlisi Elvan Mirəliyev tutulub.

Araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi