Bakıda 31 yaşlı qadını yoldaşı bıçaqlayıb

Bakıda 31 yaşlı qadını yoldaşı bıçaqlayıb Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi olub.
Hadisə
17 Sentyabr , 2019 07:39
Bakıda 31 yaşlı qadını yoldaşı bıçaqlayıb

Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi olub.

"Report" xəbər verir ki, hadisə Biləcəri qəsəbəsində qeydə alınıb.

Belə ki, 31 yaşlı Əmiraslanova Sevil Vidadi qızı həyat yoldaşı tərəfindən bıçaqlanıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. 

Ona döş qəfəsinin sol qabırğasının kəsilmiş deşilmiş yarası diaqnozu qoyulub və dərhal əməliyyat olunub. Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi