Bakının Nərimanov rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, 31 yaşlı Sultanova Yulya Aleksandr qızı yolu keçərkən avtomobil onu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Hadisənin təfərrüatı araşdırılır.