Bakıda 30 yaşlı kişi sərxoş vəziyyətdə xəsarət alıb.
"Report" xəbər verir ki, hadisə Sabunçu rayonu, Ramana qəsəbəsində qeydə alınıb.
Belə ki, Fərhadov Qubeyis Ələsgər oğlu içkili vəziyyətdə yıxılıb. Nəticədə o, çoxlu qan itirib.
F.Qubeyis başın təpə-ənsə nahiyəsinin açıq yarası və kəllə-beyin travması ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb.
Ramin Şahbazov