Bakıda 30 yaşlı kişi avtomobili ilə birgə itkin düşüb

Bakıda 30 yaşlı kişi avtomobili ilə birgə itkin düşüb Bakıda 30 yaşlı kişi avtomobili ilə birgə itkin düşüb.
Hadisə
145
27 Noyabr , 2019 09:45
Bakıda 30 yaşlı kişi avtomobili ilə birgə itkin düşüb

Bakıda 30 yaşlı kişi avtomobili ilə birgə itkin düşüb.

“Report”un xəbərinə görə, hadisə noyabrın 26-da paytaxtın Yasamal rayon ərazisində baş verib.

Belə ki, 1989-cu il təvəllüdlü Elşən Ağayev saat 09:30 radələrində idarə etdiyi qara rəngli “Hyundai Sonata” markalı, Ax 9 CJ 006 dövlət qeydiyyat nişanlı avtomobillə Yasamal rayonu, İnşaatçılar prospekti 2-nin qarşısından naməlum istiqamətə gedib və geri qayıtmayıb.

Daha sonra E.Ağayevin yaxınları hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsi tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi