Yuxarı

Bakıda 3 yaşlı uşağın ağır xəsarət alması hadisəsinin təfərrüatı məlum olub - YENİLƏNİB

Bakıda 3 yaşlı uşağın ağır xəsarət alması hadisəsinin təfərrüatı məlum olub - YENİLƏNİB

260

O, ağır xəsarət alıb
© Courtesy İmage

Bakı. 8 may. REPORT.AZ/ Bakıda bıçaqlandığı bildirilən 3 yaşlı uşağı başqa səbəbdən xəsarət aldığı məlum olub.

Üç yaşlı Ümid Cəbrayılovun anası Çiçək Cəbrayılova “Report”a açıqlamasında övladının üstünə çilçıraq (lüstur) düşdüyünü deyib: “Lüsturu yuyub paltar dolabının üstünə qoymuşdum. Ümid bacısı ilə oynayarkən dolaba toxunub. Nəticədə lüstur onun belinə düşüb. O, kürək nahiyəsindən xəsarət alıb”.

Hazırda uşağın vəziyyəti sabit orta-ağırdır.

Qeyd edək ki, Ü.Cəbrayılovla bağlı məlumatın “bıçaqlanma” kimi getməsinə səbəb onun yerləşdirildiyi xəstəxananın “Qeydiyyat kitabçası”nda qeydlərin səhv aparılması olub.

*** saat 08:30

Bakı. 8 may. REPORT.AZ/ Bakıda 3 yaşlı uşaq naməlum şəraitdə bıçaqlanıb.

"Report" xəbər verir ki, hadisə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsində yerləşən evlərin birində qeydə alınıb.

Belə ki, 2014-cü il təvəllüdlü Cəbrayılov Ümid Samir oğlu bel və kürək nahiyəsindən bıçaqla kəsilmiş-deşilmiş xəsarətlər alıb. O, xəstəxanaya yerləşdirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi