Bakıda 3 yaşayış evində yanğın olub - FOTO - VİDEO

Bakıda 3 yaşayış evində yanğın olub - FOTO - VİDEO Bakı. 18 iyun. REPORT.AZ/ Bakıda fərdi yaşayış evində yanğın hadisəsi baş verib.
Hadisə
18 iyun 2018 19:35
Bakıda 3 yaşayış evində yanğın olub - FOTO - VİDEO

Bakı. 18 iyun. REPORT.AZ/ Bakıda fərdi yaşayış evində yanğın hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Nəsimi rayonunda, Həsən Əliyev küçəsi 44 ünvanında qeydə alınıb.

Yanğın digər iki mənzilin otaqlarına da keçib. Alov təxminən 30 kvadratmetrə yaxın sahəni əhatə edib. Əraziyə Fövqəladə Hallar Nazirliyinin iki yanğınsöndürmə xidmətinin əməkdaşları və texnikası cəlb edilib.

Hazırda alovun qarşısı alınıb. Hadisə zamanı xəsarət alan olmayıb.

Faktla bağlı Dövlət Yanğına Nəzarət Xidməti tərəfindən araşdırma aparılır. 

Foto: Ruslan Məmmədov  

Son xəbərlər

Orphus sistemi