Bakı. 18 noyabr. REPORT.AZ/ Bakıda 3 gün əvvəl tapılan naməlum kişi meyitinin şəxsiyyəti müəyyənləşdirilib. "Report" Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsi, 20-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində noyabrın 15-də A.Səhhət küçəsində tapılan meyitin Bakı şəhər sakini Orxan Ramazanov olduğu müəyyənləşib.
Faktla bağlı araşdırmalar davam etdirilir.