Bakıda 3 gənc yol qəzasında xəsarət alıb

Bakıda 3 gənc yol qəzasında xəsarət alıb Bakıda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
7 Sentyabr , 2021 01:53
Bakıda 3 gənc yol qəzasında xəsarət alıb

Bakıda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində üç nəfər - 1996-cı il təvəllüdlü Əhmədzadə Əfqan Nazim oğlu, 1997-ci il təvəllüdlü Məmmədov Mətləb Həbib oğlu və 1996-cı il təvəllüdlü İslamlı Tural Fazil oğlu müxtəlif xəsarətlər alıblar. Yaralılar təcili tibbii yardım maşını ilə xəstəxanaya çatdırılıb.

Ə.Əhmədzadəyə döş qəfəsinin küt travması, M.Məmmədova bel nahiyəsinin küt travması, T.İslamlıya alın nahiyəsinin əziyi diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi