Bakıda 3 avtomobilin yan güzgülərini oğurlayan şəxs saxlanılıb

Bakıda 3 avtomobilin yan güzgülərini oğurlayan şəxs saxlanılıb Bakı. 29 noyabr. REPORT.AZ/ Nərimanov rayonu ərazisində avtomobildən oğurluq edilməsi barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə məlumat daxil olub.
Hadisə
29 Noyabr , 2017 13:28
Bakıda 3 avtomobilin yan güzgülərini oğurlayan şəxs saxlanılıb

Bakı. 29 noyabr. REPORT.AZ/ Nərimanov rayonu ərazisində avtomobildən oğurluq edilməsi barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə məlumat daxil olub.

Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsi əməkdaşları tərəfindən aparılan araşdırmalarla noyabrın 4-nə keçən gecə Ə.Dəmirçizadə küçəsində Bakı şəhər sakini Zaur Kazımzadəyə məxsus “Audi“ markalı avtomobilin yan güzgülərinin oğurlandığı müəyyən edilib.

Kriminalistik Tədqiqatlar İdarəsinin əməkdaşları ilə birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilib və görülən tədbirlərlə saxlanılıb.

Əvvəllər məhkum olunmuş Bakı şəhər sakini Eldar İsmayılovun ətrafında aparılan tədbirlərlə onun noyabrın 10-dan 20-dək olan müddətdə rayon ərazisində daha 2 “Audi” və 1 “Volkswagen” markalı avtomobillərin yan güzgülərini sökərək oğurlaması da müəyyən edilib.

Saxlanılan şəxs oğurladığı həmin güzgüləri dəyərindən dəfələrlə ucuz qiymətə işlənmiş avtomobil ehtiyyat hissələrinin alqı-satqısı ilə məşğul olan emalatxanalara satdığını bildirib.

Faktla əlaqədar cinayət işi başlanılıb. E.İsmayılovun digər cinayətlərdə iştirakının olub-olmaması araşdırılır. 

Son xəbərlər

Orphus sistemi