Bakıda 3 avtomobil toqquşub, xəsarət alanlar var

Bakıda 3 avtomobil toqquşub, xəsarət alanlar var Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
19 Yanvar , 2020 23:28
Bakıda 3 avtomobil toqquşub, xəsarət alanlar var

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Xəzər rayonunda qeydə alınıb.

Şüvəlan qəsəbəsində 3 avtomobilin toqquşması zamanı 1981-ci il təvəllüdlü Məmmədzadə Xanbaba Zakir oğlu, 1989-cu il təvəllüdlü Musayeva Aysel Şirvan qızı xəsarət alıblar.

Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

X.Məmmədzadəyə çanağın, A.Musayevaya isə sol bel nahiyəsinin əziyi diaqnozları qoyulub.

Son xəbərlər

Orphus sistemi