Bakıda 3 avtomobil toqquşub, xəsarət alanlar var - YENİLƏNİB - VİDEO

Bakıda 3 avtomobil toqquşub, xəsarət alanlar var - YENİLƏNİB - VİDEO Qəza zamanı 3 nəfər müxtəlif bədən xəsarətləri alıb
Hadisə
123
7 İyul , 2017 10:11
Bakıda 3 avtomobil toqquşub, xəsarət alanlar var - YENİLƏNİB - VİDEO
"Report"

Video əlavə olunub


*** saat 08:11

Bakı. 7 iyul. REPORT.AZ/ Bakıda 3 avtomobil toqquşub.

"Report"un xəbərinə görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, Zabrat qəsəbəsində 99 LF 096 dövlət qeydiyyat nişanlı "Kia Cerato" markalı avtomobilin sürücüsü yüksək sürətlə hərəkət edərkən əks yola çıxaraq "Lexus" və "Opel" markalı avtomobilə çırpılıb. Nəticədə "Kia Cerato"da olan 18 yaşlı Nəbizadə Niyazi Nizami oğlu, 23 yaşlı Hüseynov Hüseyn Elcan oğlu və 18 yaşlı Əliyev Elməddin Tələt oğlu müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə zamanı "Kia" və "Lexus" markalı avtomobillər deformasiyaya uğrayıb. Qəza yerinə yol polisi əməkdaşları cəlb edilib və hər üç avtomobil cərimə meydançasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi