Bakıda 3 avtomobil toqquşub, xəsarət alan var - VİDEO - YENİLƏNİB

Bakıda 3 avtomobil toqquşub, xəsarət alan var - VİDEO - YENİLƏNİB "Daewoo" avtomobilinin sürücüsü xəstəxanaya yerləşdirilib
Hadisə
2 Noyabr , 2017 13:08
Bakıda 3 avtomobil toqquşub, xəsarət alan var - VİDEO - YENİLƏNİB
"Report"

Video əlavə olunub


*** 00:56

Bakı. 2 noyabr. REPORT.AZ/ Bakıda 3 avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.

Belə ki, yüksək sürətlə hərəkət edən Daewoo" markalı avtomobil işıqforun qırmızı işığında dayanan "Mercedes" və "KİA" markalı avtomobillərə çırpılıb.

Hadisə zamanı "Daewoo" markalı avtomobilin sürücüsü xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Əraziyə yol polisi əməkdaşları cəlb edilib. 

Son xəbərlər

Orphus sistemi