​Bakıda 3,4 milyon dollar məbləğində dələduzluqda təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb

​Bakıda 3,4 milyon dollar məbləğində dələduzluqda təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb Məhkəmə iclası iyulun 29-na təxirə salınıb
Hadisə
22 İyul , 2016 17:05
​Bakıda 3,4 milyon dollar məbləğində dələduzluqda təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb

Bakı. 22 iyul. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı sakininin 3,4 milyon ABŞ dolları məbləğində vəsaitini dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən Loğman Abdullayev, Emin Qasımov, Ruslan Hacıyev, Pərviz Rzayev, Fərhad Tağıyev və Tural Qasımovun cinayət işi məhkəmə proesesi başlayıb.

"Report"un xəbərinə görə, hakim Tamella Nəsrullayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Prosesdə L.Abdullayevin vəkili Bəxtiyar Hacıyev vəsastətlə çıxış edib. Vəkil hüquqlarını müadfiə etdiyi şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirlməsini istəyib.

Dövlət ittihamçısı və zərərçəkmiş Tofiq Zülfüqarov cinayət işi ilə tanış olmaq istədiklərini bildiriblər.

Məhkəmə iclası iyulun 29-na təxirə salınıb.

Qeyd edək ki, ittiham aktına əsasən, hadisə 2015-ci ildə baş verib. Bakı şəhər sakini Tofiq Nadir oğlu Zülfüqarov Daxili İşlər Nazirliyinə (DİN) müraciət edərək, bir qrup şəxsin ona məxsus 3 milyon 400 min ABŞ dolları məbləğində vəsaiti dələduzluq yolu ilə ələ keçirdiklərini bildirib. Baş İdarənin əməkdaşları tərəfindən həyata keçirilən tədbirləri nəticəsində L.Abdullayev, E.Qasımov, R.Hacıyev, P.Rzayev, F.Tağıyev və T.Qasımov saxlanılıb.

Nərimanov Rayon Məhkəməsində F.Tağıyev, R.Hacıyev və T. Qasımov barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı verilmiş təqdimata baxılıb. Məhkəmənin qərarı ilə həmin şəxslər barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib.

Həmin şəxslər Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə ittihma olunublar.

Son xəbərlər

Orphus sistemi