Bakıda 28 yaşlı qadın intihara cəhd edib

Bakıda 28 yaşlı qadın intihara cəhd edib Faktla bağlı araşdırmalar davam etdirilir
Hadisə
6 Fevral , 2017 16:03
Bakıda 28 yaşlı qadın intihara cəhd edib

Bakı. 6 fevral. REPORT.AZ/ Bakıda 28 yaşlı qadın intihara cəhd edib.

“Report”un xəbərinə görə, hadisə Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən küçəsindəki evlərdən birində qeydə alınıb.

Belə ki, 1989-cu il təvəllüdlü R.A. özünü yaşadığı evin tavanından asmağa cəhd edib. Lakin qadının qohumu Kənan Mustafayev tərəfindən intiharın qarşısı alınıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi