Bakıda gənc yazar özünü 17-ci mərtəbədən ataraq intihar edib - YENİLƏNİB

Bakıda gənc yazar özünü 17-ci mərtəbədən ataraq intihar edib - YENİLƏNİB Faktla bağlı cinayət işi başlanılıb
Hadisə
16 Mart , 2017 10:11
Bakıda gənc yazar özünü 17-ci mərtəbədən ataraq intihar edib - YENİLƏNİB

*** 09:28

Bakı. 16 mart. REPORT.AZ/ Bakıda 28 yaşlı oğlan özünü binanın 17-ci mərtəbəsindən ataraq intihar edib. 

"Report"un xəbərinə görə, hadisə Binəqədi rayonunda baş verib. 

Belə ki, Süleyman Sani Axundov küçəsi 31/23 ünvanındakı binanın 17-ci mərtəbəsində yerləşən mənzildə kirayə yaşayan 1989-cu il təvəllüdlü Abdullayev Mövlud İsmayıl oğlu özünü eyvandan yerə atıb.

M.Abdullayev hadisə yerində ölüb.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, intihar edən Abdullayev Mövlud gənc yazardır və o, Mövlud Mövlud imzası ilə tanınıb.

Son xəbərlər

Orphus sistemi