Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report" xəbər verir ki, hadisə Sabunçu rayonunun Balaxanı qəsəbəsində qeydə alınıb.
Belə ki, 1992-ci il təvəllüdlü Məmmədov Elşad Həmid oğlu yolu keçərkən onu avtomobil vurub.
Yaralı hadisəni törədən sürücü vasitəsilə xəstəxanaya çatdırılıb. Ona alnın əzilmiş yarası və sağ bud çanağının əziyi diaqnozları qoyulub və reanimasiya şöbəsinə yerləşdirilib.