Bakı. 7 dekabr. REPORT.AZ/ Bakıda 27 yaşlı oğlan döyülüb və bıçaqlanıb.
"Report"un xəbərinə görə, hadisə Əlibəy Hüseynzadə küçəsi, ev 82-nin qarşısında baş verib.
Belə ki, Lənkaran rayon sakini 1989-cu il təvəllüdlü Elvin Abdullayev yaşadığı binanın həyətində Hüseyn adlı şəxslə mübahisə edib. Münaqişə zamanı E.Abdullayev döyülüb və bıçaq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.