Bakıda 27 yaşlı gənc bıçaqlanıb

Bakıda 27 yaşlı gənc bıçaqlanıb Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib.
Hadisə
102
18 Sentyabr , 2019 22:50
Bakıda 27 yaşlı gənc bıçaqlanıb

Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə "28 May" metrostansiyası yaxınlığında qeydə alınıb.

Belə ki, 1992-ci il təvəllüdlü Məmmədov Rəşad Namiq oğlu tanımadığı şəxs tərəfindən bıçaqlanıb. Yaralı təcili tibbi yardım maşını vasitəsilə xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin sol yarısının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub və reanimasiyaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi