Bakıda 260 manata görə qətl törətməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Bakıda 260 manata görə qətl törətməkdə təqsirləndirilən şəxsə hökm oxunub Prokuror Rövşən Xalıqovun 19 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib
Hadisə
14 İyun , 2017 10:39
Bakıda 260 manata görə qətl törətməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Bakı. 14 iyun. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluq yolu ilə qətl törətməkdə təqsirləndirilən Rövşən Xalıqovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında R.Xalıqovun 19 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Daha sonra təqsirləndirilən şəxsin vəkili müdafiə çıxışı edib. O, müvəkkilinə sanksiyadan aşağı həddə cəza verilməsini tələb edib.

Son sözlə çıxış edən R.Xalıqov peşman olduğunu söyləyib.

Məhkəmənin hökmü ilə o, 18 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən il iyunun 28-də Qaradağ rayonunun Lökbatan qəsəbəsində yaşayan Viktor Lituxinin baş nahiyəsində xəsarət olan və qismən çürüməyə məruz qalmış meyiti mənzilində tapılıb.

Araşdırmalar zamanı onun Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Xalıqov tərəfindən tamah məqsədilə çəkiclə qətlə yetirilməsi müəyyən edilib.

Qaradağ Rayon Polis İdarəsinin (RPİ) 10-cu Polis Bölməsinin (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Xalıqov tutulub.

Hadisəsini törətdikdən sonra onun evdən 260 manat pul apardığı məlum olub.

R.Sadıqov Cinayət Məcəlləsinin 120.2.11-ci (qəsdən adam öldürmə, quldurluq, hədə-qorxu ilə tələb etmə) və 181.3.3-cü (quldurluq, zərərçəkmişin sağlamlığına ağır zərər vurmaqla törəldildikdə) maddəsi ilə ittiham olunur.

Xatırladaq ki, R.Xalıqov 2015-ci ildə oğurluqda təqsirli bilinərək, həbs edilib. Məhkəmənin hökmü ilə o, 2 min manat məbləğində cərimə edilib.

Son xəbərlər

Orphus sistemi